Türkiyə XİN İsrailin Qəzza ilə bağlı qərarını pislədi

 12:22 08.08.2025     53

Türkiyə İsrailin Qəzzanı ələ keçirmək planını qınayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

Rəsmi Ankara İsrailin bu qərarının beynəlxalq sülh və təhlükəsizliyə ağır zərbə vurduğunu, regionda qeyri-sabitliyi artırdığını və humanitar böhranı dərinləşdirdiyini bəyan edib.

Türkiyə XİN Qəzzada atəşkəs elan olunmasına və iki dövlətli həll yolu istiqamətində müzakirələrə başlanılmasına çağırıb.

Vumart və Güvən reklamı Vumart Güvən