İranda qatar relsdən çıxdı - YARALILAR VAR

 13:07 08.08.2025     59

İranda Tehran-Kerman reysi üzrə hərəkət edən qatar relsdən çıxaraq aşıb.

Redaktor.az İran mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 30 nəfər xəsarət alıb, ölən yoxdur.

Məlumata görə, qatarda 450 sərnişin olub.

Hadisənin səbəbləri araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən