Rusiyanın 6 aeroportunda uçuşlar DAYANDIRILIB

 12:30 09.08.2025     102

Rusiyanın bir neçə aeroportunda təyyarələrin enişi və qalxışına məhdudiyyətlər qoyulub.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın  Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi nümayəndəsi Artyom Korenyako açıqlayıb.

Onun sözlərinə görə, bu ölçülər Vladiqafqaz, Kazan, Kaluqa, Nijnekamsk, Samara və Ulyanovsk şəhər hava limanlarına təyyarələrin uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə tətbiq olunub.

Qeyd edilir ki, bundan əvvəl Soçi aeroportunda PUA hücumları ilə əlaqədar uçuşlar dayandırılmışdı. 

Vumart və Güvən reklamı Vumart Güvən