"Hizbullah"ın XTQ komandiri məhv edildi

 19:58 09.08.2025     56

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda Aytarun-Aynata magistral yolu ilə hərəkət edən avtomobili atəşə tutub. Nəticədə "Hizbullah" hərəkatının silahlı qanadının üzvlərindən biri həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Sky News Arabia" Livan təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ölən Hadi Əli Xanəfir Radvan xüsusi təyinatlıların komandiri olub. Qeyd olunub ki, əvvəllər ona bir neçə sui-qəsd cəhdi edilib.

Vumart və Güvən reklamı Vumart Güvən