Tramp buranı dünyanın ən təhlükəli şəhərlərindən HESAB EDİR

Küçə cinayətləri Vaşinqtonu dünyanın ən təhlükəli şəhərlərindən birinə çevirib.
Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
Tramp vəziyyəti düzəldəcəyinə söz verib:
"Bazar ertəsi Ağ Evdə Vaşinqtonda zorakı cinayətə son qoyacaq mətbuat konfransı olacaq. Bu şəhər dünyanın ən təhlükəli şəhərlərindən birinə çevrilib. Lakin tezliklə ən təhlükəsiz şəhərlərdən birinə çevriləcək".