Eyfel qülləsindən paraşütlə tullanan şəxs saxlanıldı

Dünyanın ən görməli abidəsindən paraşütlə tullanan kişi polis tərəfindən saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Fransanın "Le Journal du Dimanche" qəzeti məlumat yayıb.
Avqustun 9-da səhər saatlarında Parisdə üç nəfər Eyfel qülləsinə qalxıb. Onların hər biri "binaya icazəsiz daxil olma" ittihamı ilə nəzarətə götürülüb.
"Təxminən bir saat sonra onlardan biri hətta paraşütlə tullanıb və yerdə insidentsiz saxlanılıb" /Teleqraf/.