Keçmiş baş nazir 20 il həbsdə qalacaq

 23:35 09.08.2025     48

Çad məhkəməsi ölkənin keçmiş baş naziri (yanvar-may 2024-cü il) Syukse Masraya 20 il həbs və 1,6 milyon dollar cərimə kəsib.

Redaktor.az "Teleqraf"a istinadla xəbər verir ki, bu barədə Çadın “Alwihda” xəbər portalı məlumat yayıb.

Məlumata görə, sabiq nazir silahlı üsyana çağırışda təqsirli bilinib. Məhkəmədə sübut kimi onun 2023-cü ildəki çıxışının audioyazısından istifadə edilib.

Müdafiə tərəfi iddia edib ki, bunlar terrorizmlə mübarizə ilə bağlı kontekstdən çıxarılan ifadələrdir.

Prokurorluq sabiq baş nazirə 25 il həbs cəzası istəyib.

Çadın aparıcı müxalifət partiyasına rəhbərlik edən Masra məhkəmədəki son ifadəsində tərəfdarlarını sakit olmağa çağırıb. O, mayın 16-da həbs edilib.

41 yaşlı siyasətçi 2024-cü ilin yazında Çadda keçirilən prezident seçkilərində səslərin 18,5 faizini qazanıb. O, hazırkı prezident Mahamat İdriss Debi İtnoya uduzub. Müxalifət lideri səsvermənin nəticələrini tanımaqdan imtina edib.

Vumart və Güvən reklamı Vumart Güvən