Rahiblər kütləvi şəkildə Şaolin məbədini tərk edirlər

 09:12 10.08.2025     67

Şaolin məbədinin rahibləri kütləvi şəkildə məbədi tərk edirlər.

Redaktor.az xəbər verir ki, bu barədə "South China Morning Post" yazır.

Məlumata görə, məşhur məbəddə yeni rəhbərin tətbiq etdiyi sərt rejim rahiblərin cib telefonlarına sərf etdiyi vaxtı məhdudlaşdırır, ciddi pəhriz və uzun iş saatları təyin edir.

59 yaşlı Şi Yinqle vəzifəyə gəldikdən sonra bir neçə irimiqyaslı islahatın həyata keçirildiyini elan edib.

O, rahiblərə insanlar üçün kommersiya xarakterli əyləncə şouları göstərməyi qadağan edib, ritualların qiymətlərini aşağı salıb, bəzi xidmətlər üçün ödənişlərdən imtina edib, bir vaxtlar əsas gəlir mənbəyi olan məbədi və onlayn mağazaları bağlayib. O, həmçinin rahiblərin əkinçiliklə məşğul olması və monastırın özünü qida ilə təmin etməsini təkid edib.

Xatırladaq ki, bir müddət əvvəl Çin Kommunist Partiyası maliyyə və cinsi qalmaqallarda şübhəli bilinən monastırın əvvəlki başçısı Şi Yonhini vəzifəsindən azad edib.

Vumart və Güvən reklamı Vumart Güvən