Realiti-şou ulduzu sevgilisinin başını kəsdi - FOTO

 13:00 10.08.2025     64

Hadisə yerinə gələn polis evdə başsız kişi meyiti aşkarlayıb.

Avstraliyada bir it, “Beauty and the Geek” realiti-şousunun ulduzu Tamika Çesserin öldürdüyü kişiyə aid olduğu ehtimal edilən insan kəlləsi tapıb.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Cənubi Avstraliyanın Port Linkoln şəhərində kiçik yanğına polis çağırılıb. Onlar mənzildə 39 yaşlı Culian Storinin qalıqlarını tapıblar. Televiziya ulduzu əsas şübhəli olub - kişi onun sevgilisi idi.

 

Polis əməkdaşları bir neçə həftə ərzində Storinin mənzildə olmayan kəsilmiş başını axtarıblar.

İyulun sonunda gəzinti zamanı it təsadüfən kəsilmiş başı aşkar edib.

Detektiv Darren Filke mətbuat konfransında "İtin kolun içinə qaçdığı və çağırılanda çıxmaq istəmədiyi hallardan biridir" deyib.

Qadın saxlanılıb. İstintaq davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən