Federasiya prezidenti toyda öldürüldü

 13:31 10.08.2025     57

Rusiyanın Altay Respublikası MMA Federasiyasının prezidenti Aleksey Kalbukov toyda öldürülüb. 

Redaktor.az xəbər verir ki, Kalbukov ziyafət zamanı bıçaqlanaraq dünyasını dəyişib.

Faciə rayonun Tyunqur kəndində şəxsi evdə keçirilən toyda baş verib. Kalbukovla 74 yaşlı qonaq arasında münaqişə yaranıb. Yaşlı kişi stoldan qalxaraq idmançıya yaxınlaşıb və onun ürəyinə bıçaq zərbəsi endirib.

Kalbukov aldığı xəsarətdən yerindəcə keçinib. Hücum edən şəxs saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən