Rusiyaya güzəşt edilə bilməz - Ukrayna XİN

 13:55 10.08.2025     56

"Rusiya işğalçılarına sakitləşmək üçün heç bir mükafat və hədiyyə verilməməlidir".

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, yalnız güc və birlik Rusiyanı müharibəni dayandırmağa məcbur edə bilər və hər bir güzəşt yeni aqressiyanı təşviq edir.

“Ukrayna öz prinsip və dəyərlərinə sadiqdir və ABŞ, Avropa tərəfdaşları ilə birgə BMT Nizamnaməsi və beynəlxalq hüquq əsasında ədalətli və davamlı sülhün təminatına çalışır,” — Sibiqa vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən