Tramp-Putin görüşü: Otellərdə qiymətlər bahalaşdı

ABŞ-ın Alyaska ştatının ən böyük şəhəri Ankoricdəki bəzi otellər Vladimir Putin və Donald Trampın görüşü ərəfəsində iki dəfəyə yaxın bahalaşıb.
Redaktor.az xəbər verir ki, bu barədə “RİA Novosti” “Booking” xidmətinə istinadla yazıb.
Məlumata görə, “Hilton Anchorage” otelində bir gecənin qiyməti 347 dollardan 657 dollara qalxıb.
Bir gecəsi 499 dollar olan “Wyndham Garden Anchorage Airport” otelində isə qiymət 609 dollar olub.
"Hampton İnn Anchorage"də isə qiymət 352 dollardan 616 dollara qədər artıb.
Qeyd edək ki, Trampla Putin avqustun 15-də Alyaskada görüşəcəklər.