Paşinyan və Pezeşkian arasında telefon danışığı oldu

 12:45 11.08.2025     68

Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i baş nazirin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Onlar Vaşinqtonda Bakı ilə İrəvan arasında əldə edilmiş razılaşmaları müzakirə ediblər.

N.Paşinyan regional kommunikasiyaların ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipi əsasında fəaliyyət göstərəcəyi barədə M.Pezeşkianı məlumatlandırıb.

O, həmçinin İran Prezidentinin İrəvana gözlənilən səfərinin əhəmiyyətini qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən