Nikol Paşinyanla Vladimir Putin arasında telefon danışığı oldu

Ermənistanın baş naziri Nikol Paşinyan ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Redaktor.az Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Paşinyan söhbət zamanı 8 avqustda Vaşinqtonda keçirilmiş danışıqların nəticələri barədə Putinə məlumat verib.
Bu çərçivədə Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında sazişin paraflanması, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələləri, həmçinin TRIPP layihəsi müzakirə olunub.
Paşinyan bunun təkcə Ermənistan və Azərbaycan üçün deyil, regiondakı bütün ölkələr üçün yeni imkanlar yaradacağını bildirib. Tərəflər fəal təmasları və siyasi dialoqu davam etdirmək barədə razılığa gəliblər.