İranda qaçaqmal yanacaq daşıyan xarici tanker saxlanıldı

 15:56 11.08.2025     78

İranın Hormozqan vilayəti sahillərində yanacaq qaçaqmalçılığı ilə məşğul olan xarici tanker ələ keçirilib.

Redaktor.az İran mediasına istinadən xəbər verir ki, nəticədə tankerdə olan 17 nəfər həbs olunub.

Bildirilib ki, tankerdə 2 milyon litrdən çox qaçaqmal yanacaq olub.

“Pheonix” adlı tankerin hansı ölkəyə məxsus olduğu ilə bağlı məlumat verilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən