Türkiyədə yenə zəlzələ oldu

 21:35 11.08.2025     157

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda 4,1 maqnitudada zəlzələ olub.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin dərinliyi 11,9 kilometr olub.

Təbii fəlakətin nəticələri barədə məlumat yoxdur.

Xatırladaq ki, avqustun 10-da Sındırğıda 6.1 maqnituda gücündə dağıdıcı zəlzələ olub.

Vumart və Güvən reklamı Vumart Güvən