Yaponiya böyük silah ixracatçısına çevrilir

Avstraliyanın “Mogami” sinfinə aid 11 ən yeni raket freqatının tədarükçüsü kimi “Mitsubishi Heavy Industries” (MHI) şirkətinə üstünlük verməsi regional gərginliyin artdığı dövrdə Yaponiyanın böyük silah ixracatçısına çevrilməsi səylərində böyük addım oldu.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazıb.
Tokio və Kanberranın 2026-cı ilin əvvəlində tam şəkildə razılaşdırmaq niyyətində olduğu və ümumi dəyəri 6,4 milyard dollardan çox olan sövdələşmə İkinci Dünya müharibəsindən bəri Yaponiyanın döyüş potensialına malik müdafiə platformasının ilk beynəlxalq satışı olacaq.
Sövdələşmənin razılaşdırılması Ukrayna və Yaxın Şərqdəki münaqişələrlə əlaqədar dünyada hərbi xərclərin kəskin artması fonunda baş verir.