Rusiya Ukrayna mövqelərini vurdu- Ölən və yaralananlar var

Çərşənbə axşamına keçən gecə Rusiya Silahlı Qüvvələrinin Ukrayna ordusunun Quru Qoşunlarının təlim bölmələrindən birinə raket zərbəsi endirməsi nəticəsində 1 hərbçi həlak olub, 11 hərbçi yaralanıb.
Redaktor.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının bəyanatında deyilir.
"Bu gecə Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının təlim bölmələrindən birinin ərazisinə raket zərbəsi endirib. Görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, 1 hərbçi həlak olub, 11 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Daha 12 hərbçi akustik travma və kəskin stress şikayətləri ilə tibbi yardım üçün müraciət edib”, - məlumatda bildirilib.
Hadisə yerində fövqəladə hallar üzrə yardım xidmətləri işləyir. Yaralılara zəruri tibbi yardım göstərilir.