Rusiya və Belarus sentyabrda hərbi təlim keçirəcək

 12:11 12.08.2025     77

Rusiya və Belarus 12-16 sentyabr tarixləri arasında hərbi təlim keçirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Belarus ərazisində keçiriləcək təlimlərin məqsədinin iki ölkə ordularının döyüş qabiliyyətini yoxlamaq və ehtimal edilən təcavüzün qarşısını almaq olduğu bildirilib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bu ilin yayında Rusiyanın Belarusda hərbi təlim adı altında başqa bir planının olduğunu iddia etmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən