"Donald Tramp Nobel sülh mükafatına layiqdir" - Politoloq

 12:50 12.08.2025     172

Vaşinqtonda keçirilən üçtərəfli görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Amerika Prezidenti Donald Trampın Nobel mükafatına namizədliyi ilə bağlı müraciət edəcəklərini bildiriblər.

ABŞ Prezidenti Donald Tramp bu mükafata layiqdirmi?

Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, Amerika Birləşmiş Ştatları bu prosesdə vasitəçi ölkə kimi iştirak edib.

"Münaqişənin həllinə məhz Vaşinqtonda nail olundu. Prezident Donald Tramp bununla bağlı çox böyük iradə nümayiş etdirdi və faktiki olaraq bu məsələyə xüsusi diqqət ayırdı. İki ölkənin liderinin Vaşinqtonda görüşməsi və ABŞ prezidentinin xüsusi bu məsələdə diplomatik səyləri Nobel sülh mükafatının məhz Donald Trampa verilməsi məsələsini aktual edir. Həmçinin münaqişənin sonlandıran iki ölkə, Azərbaycan və Ermənistan rəhbərliyi də məhz mükafatın Trampa verilməsi ilə bağlı Nobel sülh komitəsinə müraciət ünvanlayıb. Yəni bu da onu göstərir ki, bu mükafat ABŞ prezidentinin haqqıdır və ona bu mükafat bu il verilməlidir".

Politoloqun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün göstərdiyi səylərə görə bu mükafat ona təqdim olunmalıdır.

"Ümumiyyətlə Donald Trampın dövründə Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda çox loyal siyasət aparırdı. Onun birinci prezidentliyi dövründə 2016-2020-ci illərdə ABŞ-nin bölgədəki siyasəti də yenə eyni qaydada reallıqlara əsaslanan siyasət idi. Çox təəssüflər olsun ki, 2020-2024-cü illərdə məhz Co Baydenin dövründə artıq Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın arasındakı münasibətlərdə geriləmənin şahidi olduq. Cənab prezident çox gözəl şəkildə qeyd edib ki, bu dövrlər itirilmiş illərdir. Tramp bu məsələni həll etdi və düşünürəm ki, tamamilə Nobel sülh mükafatına layiqdir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən