Hokkaydo yaxınlığında 5,5 maqnitudalı zəlzələ oldu

 15:16 12.08.2025     88

Seysmoloqlar Yaponiyanın Hokkaydo adası yaxınlığında Sakit okeanda 5,5 maqnitudalı zəlzələ qeydə alıblar.

Redaktor.az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyinə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialı məlumat yayıb.

"Çərşənbə axşamı Saxalin vaxtı ilə saat 20:11-də (Moskva vaxtı ilə 12:11) Hokkaydo adasının şərq sahili yaxınlığında 5,5 maqnitudalı zəlzələ olub. Zəlzələ ocağı 19 km dərinlikdə yerləşib", - agentliyin həmsöhbəti bildirib.

Sunami təhlükəsi elan edilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən