İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirdi

İsveçrə İqtisadiyyat, Təhsil və Tədqiqatlar Federal İdarəsi (EAER) Avropa İttifaqının 18 iyulda qəbul etdiyi 18-ci sanksiya paketinə qoşularaq Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, siyahıya 14 fiziki və 41 hüquqi şəxs əlavə olunub. Onlar arasında Rusiya xam neft ticarəti ilə məşğul olanlar, “kölgə donanması” gəmilərinə sahib şirkətlər və Rusiya hərbi-sənaye kompleksinə təchizatçılar var.
Bu şəxslərin İsveçrədəki aktivləri dondurulacaq, iqtisadi resurslardan istifadələri və ölkəyə girişləri qadağan ediləcək. Yeni məhdudiyyətlər 12 avqustdan qüvvəyə minib.
Nuriyyə NATİQQIZI