Məhkəmə indi də prezidentin arvadını həbs etdi

Seul Mərkəzi Dairə Məhkəməsi korrupsiyada şübhəli bilinən Cənubi Koreyanın keçmiş birinci xanımı Kim Qun Henin həbsinə qərar verib.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun işinə məsul olan xüsusi prokurorun nümayəndələri məlumat verib.
Prokurorun vəsatəti üzrə dinləmə 4 saata yaxın davam edib. Bildirilir ki, həbsə səbəb dəlillərdən qurtulmaq ehtimalı olub.
Kim Qun Heyə qarşı iş onu avtomobil satıcısı “Deutsch Motors”un qiymətli kağızları ilə saxtakarlıqda, korrupsiyada və parlament seçkilərinə müdaxilədə ittiham edən 16 maddədən ibarətdir.
Qeyd edək ki, Koreyanın keçmiş prezidenti Yun Sok Yol da istintaq təcridxanasındadır.
Xatırladaq ki, 2025-ci ilin iyulunda Seul məhkəməsi Cənubi Koreyanın keçmiş prezidentinin həbsinə order vermişdi. Qərar onun hərbi vəziyyətin tətbiqi cəhdi ilə bağlıdır.