“HƏMAS-la anlaşma ehtimalı geridə qaldı” - Netanyahu

İsrail Baş naziri Binyamin Netanyahu HƏMAS-la qismən atəşkəs və əsir mübadiləsi razılaşması ehtimalının artıq geridə qaldığını bildirib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
İsrail mediasına açıqlamasında Netanyahu “Prezident Trampı eşitdiniz. Düşünürəm ki, bu məsələ artıq geridə qaldı”, - deyib. O, həm sağ, həm də ölü bütün əsirlərin azad edilməsini istədiyini vurğulayıb və “Böyük İsrail” vizyonuna sadiq olduğunu qeyd edib.
Eyni zamanda, HƏMAS heyətinin Qəzzada atəşkəs danışıqları üçün yenidən Misirə getdiyi açıqlanıb. Halil əl-Hayyə başçılıq etdiyi nümayəndə heyəti, Qəzzaya hücumların dayandırılması, humanitar yardımların bölgəyə daxil olması və mülki əhalinin vəziyyətinin yüngülləşdirilməsi məqsədilə misirli rəsmilərlə ilkin təmaslara başlayıb.
Nuriyyə NATİQQIZI