Qəzzada qida çatışmazlığından ölənlərin sayı 227-yə çatıb

Qəzzadakı səhiyyə orqanları son 24 saat ərzində 5 nəfərin qidalanma və aclıqdan öldüyünü bildirib, bununla da ölənlərin sayı 227-yə çatıb.
Redaktor.az DHA-ya istinadən xəbər verir ki, bu barədə gündəlik brifinqdə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik məlumat verib.
O, 2023-cü ilin oktyabr ayından Qəzzada 103 uşağın qida çatışmazlığından dünyasını dəyişdiyini və Ümumdünya Ərzaq Proqramının Qəzzada münaqişənin başladığı aydan bəri aclıq və qida çatışmazlığının ən yüksək həddə çatdığı barədə xəbərdarlıq edib.
Bu fonda Qəzzaya humanitar yardımların əhalinin ehtiyaclarını ödəmək üçün tələb olunan minimum səviyyədən xeyli aşağı qaldığını deyən Dujarrikə görə, humanitar yardımların çatdırılması ilə bağlı yaranan maneələr ciddi narahatlıq doğurur.
"BMT İsrail səlahiyyətlilərindən qida, dərman və yanacaq daxil olmaqla, 16 missiyanı əlaqələndirməyi xahiş etdi. Lakin missiyanın yalnız dördü yerinə yetirildi və üçü rədd edildi. Beş missiyadan ikisi müvafiq təşkilatlar tərəfindən ləğv edildi", - deyə sözçü qeyd edib.