Livan prezidenti İrana çağırış etdi

 16:53 13.08.2025     61

Livanda heç bir qruplaşma silah daşıya bilməz və xaricdən dəstəklənə bilməz.

Redaktor.az “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bunu Livan prezidenti Cozef Aun İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşündə bildirib.

Livan prezidenti Livanın daxili işlərinə hər hansı bir xarici müdaxilənin qəbuledilməz olduğunu deyib.

O, ölkəsinin İranla əməkdaşlığa hazır olduğunu, lakin bunun Livanın milli suverenliyi və qarşılıqlı hörmətə əsaslanmalı olduğunu bəyan edib.

Əli Laricani İranın heç bir ölkənin daxili işinə qarırşmaq niyyətində olmadığını vurğulayıb və Tehranın Livanın suverenliyinə hörmətlə yanaşdığını qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən