Zelenski Almaniyaya getdi

Ukrayna prezidenti Vladimir Zelenski avqustun 13-də Berlinə gedib. Almaniyada o, ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə onlayn görüşlər keçirəcək.
Redaktor.az xəbər verir ki, bu barədə RBC-Ukrayna Zelenskinin ofisinə istinadən məlumat yayıb.
Berlin hava limanında Zelenskini bir sıra rəsmi şəxslər, o cümlədən Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev qarşılayıb.
Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov jurnalistlərə bildirib ki, Vladimir Zelenski Berlində Almaniya kansleri Fridrix Merts ilə görüş keçirəcək.