HƏMAS atəşkəsə hazır olduğunu təsdiqlədi

Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti Qahirədə Misir Baş Kəşfiyyatının rəhbəri Həsən Rəşid ilə görüşdə Qəzza zolağında atəşkəs və barışıq danışıqlarının tezliklə bərpa olunmasında maraqlı olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə “Al Qahera News” telekanalına Misirin rəsmi mənbəsi bildirib.
“HƏMAS görüş zamanı atəşkəs və barışıq danışıqlarının tezliklə bərpa olunmasında maraqlı olduğunu bildirib”, - o deyib.