Tramp Putini HƏDƏLƏDİ - Əks təqdirdə...

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişəyə son qoymağa razı olmayacağı təqdirdə, rəsmi Moskvaya qarşı cavab tədbirləri görüləcəyini bildirib.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə Ağ Evin “YouTube” kanalında yayımlanan Con Kennedi adına İncəsənət Mərkəzindəki çıxışı zamanı deyib.
Jurnalistin Moskvaya qarşı konkret rüsumlar və ya sanksiyalar ilə bağlı sualına Tramp: “Bu barədə danışmayacağam”, - deyə cavab verib.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri arasında görüşün avqustun 15-də Alyaskada keçiriləcəyi planlaşdırılır. Tərəflər görüşün əsas mövzusu kimi Rusiya-Ukrayna münaqişəsinin həllini qeyd ediblər. Ağ Evdən bildirilib ki, Tramp hərbi əməliyyatları dayandırmağın yolunu tapmaq üçün Moskvanın mövqeyini daha yaxşı anlamaq istəyir.