Qəzzaya gün ərzində ölənlərin sayı 100-ə yaxınlaşıb

İsrailin Qəzzaya hücumları nəticəsində daha 37 nəfər həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə "Al Jazeera"ya rəsmi mənbədən məlumat verilib.
Bildirilib ki, bununla da gün ərzində həyatını itirən fələstinlilərin sayı 98-ə yüksəlib.
Qeyd edək ki, daha əvvəl Qəzzada aclıqdan ölənlərin sayının 235-ə çatdığı, onlardan da 106-nın uşaq olduğu bildirilib.