Texasda məktəbliləri daşıyan avtobus aşdı

 09:13 14.08.2025     63

ABŞ-ninTexas ştatında içərisində 40-dan çox uşaq və bir böyük olan məktəb avtobusu aşıb.

Redaktor.az xəbər verir ki, hadisə ilə bağlı ABC kanalı məlumat yayıb.

Hadisə zamanı 12 nəfərin yaralandığı bildirilir.

“Texas ştatının Ostin şəhərində 40-dan çox uşaq və bir böyük şəxsi daşıyan məktəb avtobusu aşaraq 12 nəfərin yaralanmasına səbəb olub”, - kanalın məlumatında deyilir.

Məlumata görə, yaralılardan birinin vəziyyəti ağır, iki nəfərin isə orta ağırdır.

Vumart və Güvən reklamı Vumart Güvən