Məşhur aktyor SAXLANILDI

 10:06 14.08.2025     102

"Oscar" mükafatlı məşhur aktyor Leonardo Di Kaprio gözlənilməz hadisə ilə qarşılaşıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, 50 yaşlı aktyor xüsusi bir şənliyə qatılmaq üçün İbiza adasına gedib.

Səfər zamanı yolda polis əməkdaşları Di Kaprionu tanımayıb və ondan şəxsiyyət vəsiqəsini göstərməsini istəyiblər. Hətta polis onun üzərində axtarış aparıb. 

Aktyor, polis əməkdaşlarını inandırmaq üçün özünü təqdim etməli olub. Şəxsiyyətini təsdiqlədikdən sonra onun adaya girişinə icazə verilib.

Vumart və Güvən reklamı Vumart Güvən