Sabah baş tutacaq Tramp-Putin görüşü təkbətək formatda KEÇİRİLƏCƏK

 13:35 14.08.2025     62

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaska görüşü avqustun 15-də yerli vaxtla saat 11:30 radələrində (Bakı vaxtı ilə saat 23:30) keçiriləcək.

Redaktor.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Putinin köməkçisi Yuri Uşakov bildirib.

Rusiya və ABŞ prezidentlərinin beş gün əvvəl elan edilən Alyaska görüşünə intensiv hazırlıq gedir.

Görüş Ankoricdə Elmendorf-Riçardson hərbi bazasında baş tutacaq.

Uşakovun sözlərinə görə, görüş təkbətək formatda, tərcüməçilərin iştirakı ilə keçiriləcək.

"Sonra nümayəndə heyətləri danışıqlar olacaq və bu, səhər yeməyi zamanı davam edəcək", - deyə o əlavə edib.

O qeyd edib ki, iki ölkə prezidentlərinin görüşünə hazırlıq yekun mərhələyə daxil olub, proqramı artıq razılaşdırılıb.

"Nəzərə alsaq ki, görüş haqqında yalnız beş gün əvvəl, yəni ötən cümə axşamından şənbə gününə keçən gecə elan edilib, hər şey intensiv rejimdə həyata keçirilir, çoxlu sayda texniki məsələlər, o cümlədən viza məsələləri həll olunur və əlbəttə ki, ilk növbədə sammitin siyasi tərkib hissəsi aktiv şəkildə işlənilir", - o bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən