''Aİ və Ukrayna Macarıstanda hakimiyyəti dəyişmək istəyir'' - Siyarto

Avropa İttifaqı ölkələri eynilə Ukraynanın hazırkı rəhbərliyi kimi, Macarıstanda hökumət dəyişikliyi görmək istəyirlər və bunun üçün ölkədəki siyasi müxalifəti açıq şəkildə dəstəkləyirlər.
Redaktor.az TASS xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Macarıstan xarici işlər və xarici ticarət əlaqələri naziri Peter Siyarto deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Macarıstanda Avropanın maraqlarına xidmət edən, Brüsselin hərəkətlərini tənqid etməyən və imperial planlarını dəstəkləyən bir hökumət görməkdə maraqlıdır.
Siyarto Ukraynanın da Aİ ilə bu istiqamətdə birgə hərəkət etdiyini bəyan edib və qeyd edib ki, Ukraynanın xarici siyasətinin əsas hədəflərindən biri də Macarıstanda müxalifət partiyasının 2026-cı ildə keçiriləcək parlament seçkilərində qalib etməsidir.
Macarıstan XİN iddia edib ki, Kiyevin məqsədinin Viktor Orbanın bu ölkənin Baş naziri postunda qalmamasını təmin etməkdir.
Siyartonun sözlərinə görə, Kiyevin gözləntisi budur ki, Macarıstanda kukla hakimiyyət mövcud olarsa, dərhal Ukraynanın Aİ-yə üzv kimi qəbul edilməsinə razılıq verəcək və onu hərbi yardımla təchiz edəcək. Orban hakimiyyəti buna imkan vermədiyinə görə, Ukrayna onun vəzifədə qalmasını istəmir.