Kəşmirdə daşqınlar 34 nəfərin həyatına son qoydu

Kəşmirin Hindistanın nəzarətində olan bölgəsində güclü yağışlar daşqınlara səbəb olub.
Redaktor.az-ın “AFP”yə istinadən xəbərinə görə, təbii fəlakət nəticəsində 34 nəfər həlak olub, 35 nəfər isə xəsarət alıb.
Axtarış-xilasetmə işləri davam etdirilir və meyitlərin tapılması ilə ölənlərin sayının arta biləcəyi ehtimal olunur.
Hindistanın Baş naziri Narendra Modi fəlakətdən zərərçəkmiş ərazilərə bütün lazımi yardımların göstəriləcəyini bəyan edib.