Hindistan ABŞ-la münasibətləri inkişaf etdirmək niyyətindədir

Hindistan ABŞ tariflərinə baxmayaraq Vaşinqtonla münasibətlərin inkişaf edəcəyinə ümid edir.
Redaktor.az Hindistan XİN-ə istinadən xəbər verir ki, ABŞ-ın yüksək səviyyəli hərbi rəsmiləri yaxın müddətdə Hindistana səfər edəcək və ABŞ-dan yeni silahların alınması ilə bağlı müzakirələr aparacaq.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Hindistan mallarına tətbiq edilən tarif vergisini 25%-dən 50%-ə qaldırmış və bu Hindistanın narazılığına səbəb olmuşdu.