Tramp sentyabrda İsrailə səfər edə bilər

 18:50 14.08.2025     64

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya planlaşdırılmış səfərdən əvvəl gələn ay İsrailə gedə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “Ynet” portalı Ağ Evdəki mənbələrə istinadən yazır.

"Əgər vəziyyət imkan verərsə, səfər Trampın Kral Karlın dəvəti ilə 17-19 sentyabrda Böyük Britaniyaya baş tutacaq dövlət səfərindən əvvəl həyata keçiriləcək", - o qeyd edib.

Mənbənin sözlərinə görə, ABŞ hərtərəfli sazişin bağlanmasına can atır və İsrailin Baş naziri Binyamin Netanyahunun da bu istiqamətdə addımlar atacağını gözləyir.

Vumart və Güvən reklamı Vumart Güvən