Dünyanın diqqəti Alyaskada: Tramp Putin görüşünün BAKI VAXTI

Bu gün bütün dünyanın diqqəti ABŞ-nin Alyaska ştatına yönəlib. Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında Alyaskadakı Ankoric şəhərindəki görüş yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Amerika liderinin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan iş qrafikindən irəli gəlir.
Qrafikə əsasən, yerli vaxtla saat 17:45-də Tramp Ankoricdən ayrılaraq Vaşinqtona uçacaq.
Rusiya və ABŞ prezidentləri avqustun 15-də Ankoricdə (Alyaska) görüş keçirəcəklər. Bu, Putinin Cenevrədə o vaxtkı Vaşinqton administrasiyasının rəhbəri Co Baydenlə 2021-ci ilin iyunundan bəri iki dövlət başçıları arasında ilk təkbətək danışıqlar olacaq. Putin tarixdə Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq.