Pxenyan və Kursk şəhərləri qardaşlaşacaq

 10:29 15.08.2025     53

Kursk və Pxenyan yaxın gələcəkdə qardaşlaşmış şəhər elan oluna bilərlər.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kursk hakimiyyəti belə bir təşəbbüslə çıxış edib.

Bu təşəbbüs Şimali Koreya qoşunlarının Kursk bölgəsinin azad edilməsində aktiv iştirakına görə irəli sürülüb.

Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen In Pxenyanda həlak olan əsgərlərin xatirəsini yad etmək üçün abidənin ucaldılması barədə də göstəriş verib.

Vumart və Güvən reklamı Vumart Güvən