Aleksey Overçuk gələn həftə Ermənistana gedəcək

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk gələn həftə İrəvana gedəcək.
Redaktor.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Overçuk özü bildirib.
Baş nazirin müavininin sözlərinə görə, o, Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) işini müzakirə edəcək.
"Səfər əvvəlcədən planlaşdırılıb və Ermənistan Respublikasının normativ-hüquqi bazasında normativ-hüquqi aktın, Ermənistan hökumətinin qərarının meydana çıxması ilə bağlıdır ki, bu da fikrimizcə, Avrasiya İqtisadi İttifaqının hüquq normalarına zidddir", - o qeyd edib.