Cənubi Koreya Şimali Koreya ilə hərbi razılaşmanı yeniləmək istəyir

 12:12 15.08.2025     59

Cənubi Koreya Şimali Koreya ilə sərhəddə hərbi fəaliyyəti dayandıran qarşılıqlı razılaşmanı yeniləmək niyyətindədir.

Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Li Çje Myon deyib.

Xatırladaq ki, Seul və Pxenyan arasında 2018-ci ildə əldə olunmuş razılaşmada tərəflər hərbi toqquşmaların qarşısının alınması üçün mexanizm qurmuşdular.

Lakin, sonradan siyasi gərginliklərin artması fonunda bu razılaşma pozulmşdu.

Vumart və Güvən reklamı Vumart Güvən