Putin-Tramp görüşündən əvvəl Alyaskada aksiya - FOTOLAR

 15:03 15.08.2025     96

ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində yüzlərlə etirazçı “Alyaska Ukraynanın Yanındadır” aksiyasında iştirak edib.

Redaktor.az xəbər verir ki, aksiya iştirakçıları şəhərin işlək magistral yollarından birinin kənarında toplaşaraq Ukrayna bayraqları dalğalandırıb, həmçinin Rusiya-Ukrayna müharibəsini, eləcə də Vladimir Putin və Donald Trampı tənqid edən plakatlar nümayiş etdiriblər.

Etirazçılar Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə son qoyulmasını və beynəlxalq ictimaiyyətin Kiyevə dəstəyinin davam etdirilməsini tələb ediblər.

222
Vumart və Güvən reklamı Vumart Güvən