Zelenski buna görə Putinlə üz-üzə GƏLƏ BİLMƏZ

“Volodimir Zelenski Ukrayna ilə bağlı razılaşmalar üçün qəbuledilməzdir”.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Ukrayna üzrə nümayəndəsi Rodion Miroşnik TASS-a müsahibəsində deyib.
“Volodimir Zelenski danışıqların yekun mərhələsi üçün rəsmiləşdirilməli olan razılaşmaların əldə edilməsi baxımından Ukrayna lideri kimi qəbuledilməzdir. Səlahiyyətləri təsdiqlənmədiyindən, səlahiyyət müddəti bitdiyindən heç nəyə imza ata bilməz. Beynəlxalq ictimaiyyət üçün onun imzası etibarsız olacaq”, – diplomat bildirib.
Miroşnik qeyd edib ki, hazırkı durumda Zelenski ilə danışıqlar aparmaq Rusiya üçün qəbuledilməzdir:
“Bu formatda mümkün deyil, seçki proseduru ilə bir daha təsdiqlənməlidir. Əgər Zelenskinin dəyişdirilməsindən danışırıqsa, deməli, bəzi seçki prosedurlarından danışırıq, amma Ukraynada hərbi vəziyyət davam etdikcə və güc Zelenskidə olduqca mümkün deyil”.
Diplomat Zelenskini əvəzləyəcək mümkün fiqurlara da diqqət çəkərək, Moskvanın onlarla da razılaşa bilməyəcəyini iddia edib:
“Onun kim olmasının nə fərqi var – Zelenski, Valeri Zalujnı, Ruslan Stefançuk və ya tamamilə Qərbdən asılı olan başqa bir personaj? Onların heç biri ölkəsinin maraqlarını müdafiə edən liderlər deyil. Onlar Qərbin nəzarətində olan kuklalardır”.