“Ukrayna ilə bağlı bir çox məqamlar razılaşdırılıb” - Donald Tramp

 09:00 16.08.2025     148

“Ukrayna ilə bağlı bir çox məqamlar razılaşdırılıb, razılığa gəlmək üçün şans yüksəkdir.”

Redaktor.az xəbər verir ki, bunu Rusiya prezidenti ilə görüşdən sonra mətbuat konfransında çıxış edən ABŞ Prezidenti Donald Tramp deyib.

Bundan başqa Tramp Ukrayna ilə bağlı hələlik heç bir razılaşma olmadığını, Putinlə Ukrayna məsələsində bir çox məqamlarda razılaşa bildiklərini, lakin hələ də bir sıra məsələlər üzrə razılıq əldə olunmadığını bildirib.

“Mənim prezident Putinlə çox yaxşı münasibətim var, o, mənim gözəl dostumdur. Bizim Ukraynadakı vəziyyəti həll etmək şansımız var və buna görə Putinə və onun komandasına təşəkkür edirəm. Mən NATO müttəfiqlərimə və Zelenskiyə zəng edəcəyəm", - Tramp bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən