Ukraynada atəşkəslə bağlı razılıq əldə olunub

 13:00 16.08.2025     56

Rusiya prezidenti Vladimir Putin, Amerika lideri Donald Tramp və Kiyev lideri Volodimir Zelenski arasında üçtərəfli görüşə qədər havada atəşkəslə bağlı ilkin razılaşma var.

Redaktor.az xəbər verir ki, bu barədə " The Economist" nəşri mənbələrə istinadən məlumat dərc edib.

"Mənə dedilər ki, üçtərəfli liderlərin görüşünə qədər havada atəşkəs üçün ilkin razılaşma var", - nəşrin müxbiri Kerroll "X"da yazıb. 

Qeyd edək ki, Rusiya Federasiyası və ABŞ liderləri hələ tam anlaşmaya nail olmayıblar, lakin əhəmiyyətli irəliləyiş əldə ediblər

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya lideri, Ağ Evin rəhbəri və prezident Zelenski arasında üçtərəfli görüşün keçirilməsi mövzusunun hazırda gündəmə gəlmədiyini bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən