Çinin xarici işlər naziri Hindistana səfər edəcək

Çinin xarici işlər naziri Vanq Yi növbəti həftə Hindistana səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Çin XİN məlumat yayıb.
Məlumata görə, Hindistan tərəfinin dəvətilə Vanq Yi avqustun 18-dən 20-nə qədər davam etməsi planlaşdırılan səfəri zamanı Hindistan rəsmilərilə sərhəd gərginliyi məsələsini müzakirə edəcək.
Qeyd edək ki, bundan əvvəl Hindistan XİN rəhbəri Subrahmanyam Cayşankar iyul ayında Pekinə səfər etmişdi.