Alyaska görüşünü müzakirə ETDİLƏR

 14:19 16.08.2025     99

Avropa ölkələrinin liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski arasında danışıqlar baş tutub. 

Redaktor.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk “X” hesabında yazıb.

Baş nazir bildirib ki, söhbət zamanı ABŞ Prezidenti Donald Trampın verdiyi məlumatlar və Alyaska görüşünün nəticələri dəyərləndirilib.

Onun sözlərinə görə, müzakirələr Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Mertz, Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliyanın Baş naziri Ciorciya Meloni və Ukrayna Prezidenti Volodimir Zelenski arasında aparılıb.

Bildirilib ki, tərəflər Zelenskinin fikirlərini dinləyib, ortaq bəyanat hazırlayıblar.

Vumart və Güvən reklamı Vumart Güvən