Əlcəzairdə avtobus aşıb: 18 ölü

 18:10 16.08.2025     42

Əlcəzairdə sərnişin avtobusu yoldan çıxaraq körpüdən çaya düşüb.

Redaktor.az xəbər verir ki, qəza Haraş rayonundakı Əl-Hava əl-Cəmil istiqamətində Əl-Məhəmmədiyə bölgəsində baş verib.

Nəticədə 18 nəfər həlak olub, 9 nəfər yaralanıb. Yaralılardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerində xilasetmə işlərinə 25 təcili yardım maşını, 16 dalğıc və 4 qayıq cəlb olunub.

Vumart və Güvən reklamı Vumart Güvən