Ərdoğan ŞƏT sammitində iştirak edə bilər

 18:36 16.08.2025     57

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun sonunda Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcəyi gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Türkiyədəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Böyük ehtimalla, prezident iştirak edəcək", - o bildirib.

Qeyd edək ki, ŞƏT sammiti 31 avqust - 1 sentyabr tarixlərində Yantszində keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən