Svartsenegger Trampı sərt tənqid etdi: “Avtoqraf almağın qaldı...”

Arnold Svartsenegger Donald Tramp ilə Vladimir Putin arasında keçirilən mətbuat konfransından sonra video mesaj vasitəsilə kəskin tənqidlərini bildirib.
Redaktor.az xəbər verir ki, onun video-müraciətini "Globalnews.ca” yayımlayıb.
"Prezident Tramp, mən sizin prezident Putinlə keçirdiyiniz mətbuat konfransına baxdım və deyim ki, bu, bibarıçı idi”, – o deyib.
2003–2011-ci illərdə Kaliforniyanın respublikaçı qubernatoru olmuş Svartsenegger "Twitter”də paylaşdığı videoda bildirib ki, Tramp Putinin "kiçik pərəstişkarı” kimi davranıb.
"Orada sanki "sulu əriştə parçası” kimi dayanmışdınız, sanki kiçik bir uşaq-fanat idiniz. Öz-özümə soruşurdum: görəsən, nə vaxt ondan avtoqraf, ya da selfie istəyəcəksiniz?” – deyə videoda söyləyib.
O, sözlərinə belə davam edib: "Bu mətbuat konfransında siz əslində bizim kəşfiyyat icmamızı, ədliyyə sistemimizi və ən pisi – ölkəmizi satdınız. Siz Amerika Birləşmiş Ştatlarının prezidentisiniz. Belə etməməlisiniz. Sizə nə olub? Ronald Reyqanın güclü sözləri və möhkəmliyi hara yoxa çıxdı? Axı o, Berlin divarı qarşısında dayanıb demişdi: "Cənab Qorbaçov, bu divarı dağıdın”. Bəs bütün bunlar hara yox oldu?” – deyə o videonun sonunda əlavə edib.
Svartsenegger əvvəllər də açıq şəkildə göstərib ki, Trampın tərəfdarı deyil.
Onların münasibətləri "Apprentice” proqramı üzərindəki məşhur mübahisədən sonra pisləşib. O vaxtdan bəri ikisi nadir hallarda eyni fikirdə olur və tez-tez sözlü qarşıdurmalarını ictimaiyyət qarşısında davam etdirirlər.
Ötən ilin avqustunda, Trampın Şarlotsvilldə keçirilən etirazlar və zorakılıqla bağlı "hər iki tərəf” açıqlamalarından sonra Svartsenegger ABŞ prezidentinə başqa bir video müraciəti ünvanlamışdı.
Avstriya əsilli aktyor Trampa demişdi ki, onun "nifrət və irqçiliyə qarşı açıq və birmənalı mesaj vermək üçün mənəvi məsuliyyəti var”.
Bu yazının dərc olunduğu ana qədər Tramp Svartseneggerin sonuncu video müraciətinə cavab verməyib.
Qeyd edək ki, Arnold Svartseneggerin "sulu əriştə parçası” (little wet noodle) metaforu onun Trampın toplantıda davranışını çox sərt ifadələrlə tənqid etdiyini göstərir. İfadə o anlama gəlir ki, Tramp Putinin qarşısında qətiyyətli dövlət başçısı kimi yox, gücsüz və kiçik fanat kimi görünüb. O, Trampın öz ölkəsini, onun kəşfiyyat qurumlarını və ədliyyəni "satdığını” bildirməklə, bu görüşü Amerika üçün utancverici adlandırır. Sarkastik "selfie və avtoqraf” məzmunlu şərhləri ilə də, emosional və aqressiv tonunu qoruyur.